Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp New York Times qəzetində onun C-SPAN yayımına əvvəlcədən xəbər vermədən qoşulması ilə bağlı dərc olunan xəbəri təkzib edərək qəzeti tənqid edib.

Sosial media hesabında yayımladığı açıqlamada sözügedən iddiaları qəti şəkildə rədd edən Tramp yayıma qoşulmasının əvvəlcədən planlaşdırıldığını bildirib.

Tramp paylaşımında bunları qeyd edib:

"New York Times 'Cənab Tramp, görünür, C-SPAN proqramının ilk yayımına xəbər vermədən zəng edib' şəklində yalan xəbər dərc edib. Bu, doğru deyil. Bu, C-SPAN-a xoşməramlı jest olaraq Ağ Evin Kommunikasiya Ofisi vasitəsilə tam şəkildə planlaşdırılmış telefon danışığı idi. Danışıq mənim deyil, C-SPAN-ın xahişi ilə baş tutub. Times bunu bilirdi, lakin nüfuzuma xələl gətirmək üçün yalan danışdı."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp