Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrdə paylaşılan açıqlamasında cinayət səviyyəsinin azalması və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə bağlı məlumatlara toxunub.

Tramp deyib: “Biz zorakılıq cinayətlərində indiyədək qeydə alınmış ən böyük azalmaya nail olmuşuq. Qətl səviyyəsi son 125 ilin ən aşağı həddinə düşüb. Narkotik vasitələrin həddindən artıq dozasından ölüm halları vəzifədə olduğum hər ay azalıb. Xidməti vəzifəsini yerinə yetirərkən həyatını itirən polis əməkdaşlarının sayı isə son 80 ilin ən aşağı səviyyəsinə çatıb.”

Trampın açıqlaması Rapid Response 47 hesabı vasitəsilə paylaşılıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp