Trampdan İrana 48 saatlıq xəbərdarlıq
Vaşinqton, 22 mart (Hibya) - ABŞ Prezidenti Donald J. Tramp bildirib ki, İran 48 saat ərzində Hörmüz boğazını açmasa, enerji obyektləri hədəf alınacaq.
Tramp İranla bağlı açıqlamasında deyib: “Əgər İran bu andan etibarən 48 saat ərzində Hörmüz boğazını tam və təhdidsiz şəkildə açmasa, ABŞ onların bir neçə enerji obyektini vuracaq və məhv edəcək, ən böyüyündən başlayaraq.”
Azərbaycan İnformasiya Agentliyi