Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Rusiyanın xüsusilə Baltikyanı ölkələrə hücuma hazırlaşdığına dair iddiaları dəyərləndirib.

Tsahkna hazırkı vəziyyətdə Estoniya və NATO-nun Rusiyanın alyansa qarşı genişmiqyaslı hərbi hücuma hazırlaşdığına dair heç bir əlamət müəyyən etmədiyini bildirib. O, Estoniyanın təhlükə qiymətləndirməsinin dəyişmədiyini qeyd edib.

Rusiyanın Ukraynadakı müharibədə çətinlik çəkdiyini və hazırda belə bir hücum üçün lazım olan imkanlara malik olmadığını deyən Tsahkna, NATO-nun çəkindirmə gücünün də Rusiyanı hücumdan uzaq saxladığını bildirib.

Tsahkna müxtəlif növ təxribatlara qarşı diqqətli və hazırlıqlı olmağın vacibliyini vurğulayaraq, Estoniyanın bu istiqamətdə hazırlıqlarını davam etdirdiyini qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp