Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukraynanın xarici işlər naziri Andrii Sıbiha Rusiyanın son dövrlərdə Polşa və Rumıniyada törətdiyi hava məkanı pozuntuları və dron insidentləri ilə bağlı açıqlama verib.

Sıbiha Ukraynanın NATO müttəfiqləri ilə həmrəy olduğunu bildirərək, alyansın birgə və vahid cavabının vaxtında və zəruri olduğunu qeyd edib. O bildirib ki, Rusiyanın hər yeni pozuntusu müttəfiqlərin hazırlıq səviyyəsini sınaqdan keçirir və Moskvanın nə qədər irəli gedə biləcəyinin sərhədlərini yoxlayır.

Sıbiha Rusiyanın tərəddüdlə qarşılaşdıqda gərginliyi artırdığını, güclü cavabla üzləşdikdə isə hesablamalarını yenidən nəzərdən keçirdiyini bildirib. Ukraynanın hər gün üzləşdiyi raket, dron, sabotaj və digər hibrid təhdidlərin ölkə sərhədlərini aşdığını qeyd edən Sıbiha, Ukraynanın bu təhdidlərin aşkarlanması, qarşısının alınması və zərərsizləşdirilməsi sahəsində qazandığı döyüş təcrübəsini NATO müttəfiqləri ilə bölüşməyə hazır olduğunu deyib.

Sıbiha Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinin bütün regionun təhlükəsizliyi baxımından mühüm olduğunu vurğulayaraq, Ukrayna və NATO-nun ortaq qətiyyətini sınağa çəkməyə yönəlmiş hər bir cəhdin alyansı daha güclü, hazırlıqlı və birlik içində etməli olduğunu bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp