Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Estoniyanın xarici işlər naziri Margus Tsahkna Ukraynanın kritik infrastrukturunun Rusiyanın əsas hədəflərindən biri olaraq qalmağa davam etdiyini bildirib.

Tsahkna elektrik stansiyalarına, limanlara, anbar obyektlərinə və sənaye müəssisələrinə gündəlik hücumların Rusiyanın tətbiq etdiyi strategiyanın bir hissəsi olduğunu bildirib. Rusiyanın döyüş meydanında tempini itirdikcə mülki şəxslərə qarşı hücumlarını intensivləşdirdiyini deyən Tsahkna bunun beynəlxalq normalara zidd olduğunu qeyd edib.

Mülki şəxslərə və mülki infrastruktura hücumların beynəlxalq hüququn ciddi pozuntusu olduğunu vurğulayan Tsahkna Rusiyanın hüquqi, siyasi və iqtisadi təzyiq vasitəsilə mümkün qədər sərt şəkildə məsuliyyətə cəlb edilməli olduğunu bildirib.

Qışın yaxınlaşması ilə birgə reaksiyanın gücləndirilməli olduğunu bildirən Tsahkna Rusiyaya təzyiqin artırılmasına, həmçinin Ukraynanın enerji sistemini qoruması və əhalisinin təhlükəsizliyini təmin etməsi üçün vaxtında və konkret dəstək göstərilməsinə çağırıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp