Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk Rusiya ilə Ukrayna arasındakı münaqişədə artan mülki itkilərlə bağlı açıqlama verib.

Türk Ukraynada mülki itkilərin ciddi şəkildə artdığını bildirərək, gərginlik və təhdidlərin dayandırılmasına, tərəflərin dərhal danışıqlar masasına qayıtmasına çağırış edib.

Açıqlamada qeyd olunub ki, 2026-cı ilin ilk dörd ayında Ukraynada ölən və yaralanan mülki şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz artıb.

BMT rəsmisi xüsusilə Kiyevə edilən hücumlarda mülki şəxslərin hədəf alınmasının beynəlxalq humanitar hüququn ciddi pozuntuları olduğunu bildirib.

Volker Türk həmçinin həm Rusiya, həm də Ukrayna hakimiyyətlərini müstəqil araşdırmalar aparmağa və məsul şəxslərin cavabdehliyə cəlb olunmasını təmin etməyə çağırıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp