Türkiyə XİN-dən Bosniya və Herseqovinadakı qocalar evindəki yanğınla bağlı başsağlığı mesajı
Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi, 4 noyabrda Bosniya və Herseqovinanın Tuzla şəhərində qocalar evində baş verən yanğında həyatını itirənlərə görə başsağlığı mesajı yayıb.
Xarici İşlər Nazirliyi hadisə ilə bağlı dərin kədərini ifadə edərək bəyanat yayıb.
“Bosniya və Herseqovinanın Tuzla şəhərində dünən (4 noyabr) qocalar evində baş vermiş yanğın nəticəsində həyatını itirənlər üçün dərin hüzn hissi keçiririk. Həlak olanlara Allahdan rəhmət diləyir, Bosniya və Herseqovina xalqına başsağlığı veririk.”
Bəyanatda vurğulanıb ki, Türkiyə Bosniya və Herseqovina xalqının kədərini bölüşür.
Azərbaycan İnformasiya Agentliyi