Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətərin Xarici İşlər Nazirliyi Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Saninin Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı apardığını bildirib.

Telefon danışığı zamanı Türkiyə-Qətər münasibətləri və regional hadisələr müzakirə olunub. Tərəflər iki ölkə arasında əməkdaşlığın inkişafı və bölgədəki son vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Qətərin Baş naziri Al Sani gərginliyin azaldılması və regional sabitliyin təmin olunması üçün dialoq və diplomatiyaya sadiq qalmağın vacibliyini vurğulayıb. Danışıq zamanı həmçinin Hörmüz boğazında naviqasiya azadlığının qorunması, regional təhlükəsizliyin dəstəklənməsi və gərginliyin azaldılmasına yönəlmiş diplomatik səylər də müzakirə edilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp