Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistan Xarici İşlər Nazirliyi Pakistanın Baş nazir müavini və xarici işlər naziri Məhəmməd İshaq Darın Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Mariano Qrossi ilə telefon danışığı apardığını bildirib.

Telefon danışığı zamanı tərəflər bölgədəki son hadisələri müzakirə edib, regional və beynəlxalq sülhün və sabitliyin təmin olunması üçün diplomatiyanın, dialoqun və konstruktiv əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Qrossi bildirib ki, İslamabad Anlaşma Memorandumundan sonra tərəflər arasında dialoqun davam etdirilməsi dinc və davamlı nəticənin əldə olunmasına töhfə verəcək. O, həmçinin BMT-nin Baş katibi vəzifəsinə namizədliyi barədə Dara məlumat verib.

Dar isə Pakistanın Birləşmiş Millətlər Təşkilatına və effektiv çoxtərəfliliyə verdiyi güclü dəstəyi bir daha təsdiqləyib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp