Türkmənistan Prezidenti Berdiməhəmmədov Füzulidə qarşılandı
Füzuli, 23 iyun (Hibya) - Azərbaycana rəsmi səfərə gələn Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov iyunun 23-də Füzuli rayonuna gəlib.
Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidmətinin məlumatına görə, Füzuli Beynəlxalq Hava Limanında Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Berdiməhəmmədovu Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.
Azərbaycan İnformasiya Agentliyi