Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna və Portuqaliyanın dəniz pilotsuz uçuş aparatlarının istehsalı üçün tərəfdaşlığın yaradılmasına dair birgə bəyanat yayımladıqlarını bildirib.

Bu əməkdaşlığı dəyərləndirən Zelenski deyib: “Bu, hazırda müdafiə səylərimizin ən ümidverici sahələrindən biridir. Nəticə əldə etmək vacibdir. Avropanın hər yerində istənilən təhdidə qarşı durmaq üçün kifayət qədər güc olmalıdır və müasir pilotsuz uçuş aparatları real müdafiə vasitəsidir”.

Zelenski Portuqaliyanın töhfələrinə də toxunaraq bildirib: “Amerika silahlarını almağımıza imkan verən PURL təşəbbüsünə verdiyi töhfələrə görə Portuqaliyaya minnətdaram. Portuqaliya həmçinin Ukrayna üçün qarşıdakı illər üzrə 90 milyard avroluq konkret maliyyə təhlükəsizlik zəmanəti ilə bağlı birgə Avropa qərarını dəstəkləyib”.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp