Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukraynanın baş danışıqlarçısı və Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rustem Umerov bildirib ki, danışıqlar “konkret addımlara və praktik həllərə yönəlmiş, yığcam və məhsuldar” olub.

Zelenski danışıqların real sülhə gətirib çıxarmasının və Rusiyaya müharibəni davam etdirmək üçün yeni imkan verməməsinin kritik əhəmiyyət daşıdığını deyib, Ukraynanın tərəfdaşlarının Moskvaya təzyiqi artırmalı olduğunu vurğulayıb.

“Bu, artıq indi hiss olunmalıdır. Ukrayna xalqı vəziyyətin həqiqətən sülhə və müharibənin sonuna doğru irəlilədiyini, Rusiyanın hər şeyi öz xeyrinə istifadə edərək hücumları davam etdirməyə doğru getmədiyini hiss etməlidir”, – Zelenski deyib.

Zelenskiy həmçinin əlavə edib ki, Ukrayna danışıqların tezliklə yeni əsir mübadiləsinə gətirib çıxaracağını gözləyir.

Danışıqları şərh edən ABŞ dövlət katibi Marko Rubio danışıqların baş tutmasının belə yaxşı xəbər olduğunu vurğulayıb və ABŞ-ın dialoqu davam etdirmək niyyətində olduğunu bildirib. Rubio, aydın bir irəliləyiş əldə olunana qədər əldə edilən tərəqqinin miqyasının bilinməyəcəyini də qeyd edib.

Bu arada, gələcək razılaşmaların əsas konturları artıq mediada müzakirə olunmağa başlayıb. Müxtəlif media qurumları mənbələrə istinadən bildirirlər ki, dialoq Ukraynanın NATO üzvü olmayacağı anlayışı ilə aparılır.

Eyni zamanda, Rusiya xarici işlər naziri Sergey Lavrov xəbərdarlıq edib ki, Kiyev NATO-nun baş katibi Mark Rüttenin ideyalarını BƏƏ-yə gətirərsə, razılaşma unudula bilər. Lavrov deyib: “Bu, Zelenskinin sülh istəmədiyini bir daha göstərəcək.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp