Ukrayna XİN rəhbəri Sıbixa finlandiyalı həmkarı Valtonen ilə görüşüb
Kiyev, 31 iyul (Hibya) – Ukraynanın xarici işlər naziri Andrii Sıbixa Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə görüş keçirib.
Görüşdən sonra Sıbixa bildirib ki, Valtonenə Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi terroru, bu gecə Kiyevə edilən hücumları və cəbhədəki vəziyyəti çatdırıb.
“Ukraynaya göstərdikləri səmimi və güclü dəstəyə görə Finlandiyaya və bütün fin ailələrinə təşəkkür edirəm,” – deyə Sıbixa əlavə edib.
Azərbaycan İnformasiya Agentliyi