Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukraynanın xarici işlər naziri Andriy Sıbiha rəsmi sosial media hesabında paylaşım edərək Brüsseldə Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdüyünü açıqlayıb.

Avropa İttifaqının Qara Dəniz Strategiyası çərçivəsində keçirilən təhlükəsizlik üzrə nazirlər sessiyasının kuluarlarında türkiyəli həmkarı ilə görüşməkdən məmnunluğunu ifadə edən Sıbiha Türkiyənin Qara dənizdəki mühüm rolunu və sülh prosesində əsas vasitəçi mövqeyini vurğulayıb.

Sıbiha görüş zamanı ölkə liderləri Volodimir Zelenski və Rəcəb Tayyib Ərdoğan arasında əldə olunmuş razılaşmaların icra vəziyyətini nəzərdən keçirdiklərini bildirib. O, həmçinin Qara dənizdə gərginliyin azaldılması istiqamətində səyləri, eləcə də Azad Ticarət Sazişindən sonrakı ikitərəfli əməkdaşlıq və ticarət məsələlərini müzakirə etdiklərini qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp