Ümumdünya Səhiyyə Təşkilatından iqlim və sağlamlıqla bağlı xəbərdarlıq
Cenevrə, 17 noyabr (Hibya) - Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iqlim dəyişikliyinin istilik stresi, xəstəliklər və hava çirklənməsi vasitəsilə bütün dünyada ictimai sağlamlığı təhdid etdiyini bildirib.
ÜST iqlim dəyişikliyinin hər kəsə təsir etdiyini, lakin uşaqların, yaşlıların, hamilə qadınların, yerli xalqların və həssas icmaların ən böyük risklərlə üzləşdiyini açıqlayıb.
“Xəstə planetdə sağlam insanlar ola bilməz” fikrinin vurğulandığı bəyanatda iqlim dəyişikliyinin bütün dünyada istilik stresinə, xəstəliklərə, hava çirklənməsinə və səhiyyə sahəsində fövqəladə vəziyyətlərə səbəb olduğu qeyd edilib.
ÜST həll yollarının mövcud olduğunu bildirərək daha təmiz havaya, daha təhlükəsiz şəhərlərə, daha dayanıqlı qida və su sistemlərinə investisiya qoyuluşunun hər kəs üçün daha sağlam həyatın təmin edilməsinə kömək edə biləcəyini vurğulayıb. Təşkilat sağlamlığın qorunmasının iqlimin qorunmasından başladığını qeyd edib.
Azərbaycan İnformasiya Agentliyi