Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Yəmənin xarici işlər naziri Afrah Əl-Zouba ilə Berlində keçirdiyi görüşdə Yəməndəki hadisələri və regional təhlükəsizlik məsələlərini müzakirə edib.

Görüşlə bağlı açıqlama verən Vadeful bildirib: "Almaniya Yəmən hökumətinin yanındadır. Bu gün yəmənli həmkarım Afrah Əl-Zouba Berlində mənimlə görüşdü."

Husilərin Yəmən və Səudiyyə Ərəbistanı xalqlarına qarşı hücumlarını dayandırmalı olduqlarını vurğulayan Vadeful deyib: "Husilər Yəmən və Səudiyyə Ərəbistanı xalqlarına qarşı dəhşətli hücumlarını dərhal dayandırmalıdırlar. Davamlı sülhü yalnız siyasi proses təmin edə bilər."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp