Venesuela ABŞ-ın hərbi təcavüzünü qətiyyətlə pislədi
Stokholm, 3 yanvar (Hibya) – Venesuela Xarici İşlər Nazirliyi ölkəyə qarşı ABŞ-ın təcavüzünü qətiyyətlə pisləyib.
Venesuela Xarici İşlər naziri İvan Gilin Telegram kanalında yayımlanan bəyanatda deyilir: “Venesuela Bolivar Respublikası ABŞ-ın hazırkı hökuməti tərəfindən Venesuela ərazisinə və xalqına qarşı, respublikanın paytaxtı Karakas şəhərinin mülki və hərbi bölgələrində, habelə Miranda, Araqua və La Quayra ştatlarında həyata keçirilən açıq hərbi təcavüzü rədd edir, pisləyir və beynəlxalq ictimaiyyətə bəyan edir.”
Azərbaycan İnformasiya Agentliyi