Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ-ın vitse-prezidenti Cey Di Vens H-1B viza proqramı ilə bağlı açıqlamalar verib.

Proqramın əsas məqsədinin ABŞ şirkətlərinə ölkə daxilində tapılmayan ixtisaslı işçiləri xaricdən işə götürmək imkanı yaratmaq olduğunu bildirən Vens deyib: “H-1B viza proqramının məqsədi şirkətlərə Amerika Birləşmiş Ştatlarından kənardan həqiqətən ən yaxşı mütəxəssisləri, amerikalı işçilərlə doldurulması tamamilə mümkün olmayan vəzifələr üçün gətirmək imkanı verməkdir”.

Vens proqramdan son illərdə ciddi şəkildə sui-istifadə edildiyini iddia edərək bildirib: “Təəssüf ki, proqram son bir neçə ildə, bəlkə də son bir neçə onillikdə fırıldaqçılıq halları ilə dolub”.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp