Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Wadephul qeyd edib ki, İran rejimi husilər, HƏMAS və ya Hizbullah kimi vəkilləri vasitəsilə bütöv bir regionu sabitsizləşdirir.

O bildirib ki, İran Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibənin davam etməsinə töhfə verir və öz xalqına qarşı “amansız” repressiyalar tətbiq edir, əlavə edib:

“Bu İran rejimi təkcə İsrail üçün deyil, digər dövlətlər və ən başlıcası Avropa üçün də təhdiddir. İranın bütün Körfəz ölkələrinə qarşı hücumlarını ən sərt şəkildə qınayıram. Bu hücumlar əlaqəsi olmayan tərəfləri hədəf alır və bölgədəki Almaniya vətəndaşlarını da təhlükə altına qoyur.”

Wadephul bildirib ki, bugünkü görüşlərdə bölgənin xarici işlər nazirləri eyni mövqedə olublar və danışıqlar masasına qayıdılmasını dəstəkləyiblər: “İran nəhayət başa düşməlidir ki, onun nüvə proqramı və raket proqramı dayandırılmalıdır.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp