Xorvatiyadan Monteneqroya Mladiç reaksiyası
Zaqreb, 28 avqust (Hibya) - Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyi Monteneqro Parlamentinin sədrinin müharibə cinayətkarı Ratko Mladiçin ölümü ilə əlaqədar başsağlığı mesajı yayımlamasını qəbuledilməz hesab etdiyini açıqlayıb.
Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin açıqlamasında Monteneqro Parlamentinin sədrinin müharibə cinayətlərinə görə barəsində qüvvəyə minmiş məhkumluq hökmü olan Ratko Mladiçin ölümü ilə əlaqədar başsağlığı mesajı yayımlamasının qəbuledilməz olduğu və Avropa İttifaqının əsaslandığı dəyərlərə zidd olduğu bildirilib.
Açıqlamada Xorvatiyanın Monteneqronun Avropa İttifaqına üzvlük danışıqlarında bütün meyarların ardıcıl şəkildə yerinə yetirilməsində israr etməyə davam edəcəyi qeyd olunub. Bu çərçivədə keçmişlə üzləşmənin, müharibə cinayətlərinin təqib edilməsinin, beynəlxalq məhkəmə qərarlarına hörmət göstərilməsinin və mehriban qonşuluq münasibətlərinin qorunmasının əhəmiyyəti vurğulanıb.
Monteneqrodan gələn bu cür mesajların ölkənin Avropa yoluna töhfə vermədiyi bildirilib.
Azərbaycan İnformasiya Agentliyi