Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç Radman rəsmi səfəri çərçivəsində Albaniyada Prezident Bayram Beqay ilə görüşüb.

Radman görüşdən sonra verdiyi açıqlamada Xorvatiya ilə Albaniya arasında dostluq münasibətlərinin və Avropa ilə Avroatlantik dəyərlərə ortaq sadiqliyin bir daha təsdiqləndiyini bildirib.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi, müdafiə və iqtisadi əməkdaşlığın inkişafı, Adriatik dənizinin qorunması və gələn il qeyd olunacaq diplomatik münasibətlərin 35 illiyi müzakirə edilib.

Xorvatiyanın xarici işlər naziri Albaniyanı Avropa İttifaqına üzvlük yolunda əldə etdiyi irəliləyiş münasibətilə təbrik edərək, Xorvatiyanın Albaniyanın Avropaya inteqrasiya prosesinə dəstəyini davam etdirəcəyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp