Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa Komissiyasının qaydası 20 iyun 2025-ci ildən etibarən Aİ bazarına təqdim edilən smartfonlara, sadə telefonlara, simsiz telefonlara və planşetlərə şamil ediləcək.

Qaydaya görə, smartfon və planşetlərin batareyaları ən azı 800 dəfə doldurula bilməli və ilkin tutumunun ən azı 80%-ni saxlamalıdır.

İstehsalçılar telefon və ya planşet satıldıqdan sonra yeddi il ərzində servis mərkəzlərinə ehtiyat hissələri təqdim etməlidirlər. Hissələr 5-10 iş günü ərzində çatdırılmalıdır.

İstehsalçılar cihaz satıldıqdan sonra azı beş il ərzində əməliyyat sistemi yeniləmələrini təmin etməlidirlər.

Gələcəkdə yeni məhsullarda məişət texnikasında olduğu kimi enerji səmərəliliyi sinfini göstərən enerji etiketi olacaq.

Bundan əlavə, batareyanın ömrünü və məhsulun nə dərəcədə asan təmir oluna biləcəyini göstərən "təmir balı" təqdim ediləcək.

Etiketləmə sxemi 17,4 düyümədək olan smartfonları, planşetləri və simsiz stasionar telefonları əhatə edəcək.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp