Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Niderlandın müdafiə naziri Dilan Yeşilgöz-Zegerius Vunsdrext Hərbi Hava Bazasına səfər edərək Müdafiə Nazirliyində çalışan təftiş rəsmiləri ilə görüşüb.

Səfərlə bağlı sosial media hesabında açıqlama verən Yeşilgöz-Zegerius bildirib: “Güclü silahlı qüvvələr eyni zamanda təhlükəsiz silahlı qüvvələr olmalıdır”.

Müdafiə Nazirliyinin təftiş əməkdaşlarının fəaliyyətinin əhəmiyyətini vurğulayan Yeşilgöz-Zegerius bu işlərin risklərin məhdudlaşdırılmasına, şəxsi heyətin qorunmasına və silahlı qüvvələrin əməliyyat qabiliyyətinin saxlanılmasına töhfə verdiyini qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp