Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Niderlandın Baş naziri Rob Yetten paytaxt Kiyevdə bir sıra görüşlər keçirib.

Prezident Volodimir Zelenski ilə görüşən Yetten bildirib ki, Ukrayna xalqının müdafiəsi bütün Avropa üçün vacibdir.

Yetten deyib: «Bu gün Kiyevdə Prezident Volodimir Zelenskinin yanında olmaq mənim üçün böyük şərəfdir. Niderland illərdir Ukrayna xalqı ilə çiyin-çiyinə dayanır. Çünki onlar yalnız öz azadlıqları üçün deyil, həm də Avropanın azadlığı və təhlükəsizliyi üçün mübarizə aparırlar. Onların mübarizəsi bizim də mübarizəmizdir.»

Yetten Ukraynanın təcili ehtiyaclarına diqqət yetirdiklərini vurğulayaraq deyib: «Ukraynaya enerji dəstəyi vermək və onun hava hücumundan müdafiəsini gücləndirmək ən vacib prioritetlərimizdir; bu məqsədlərə çatmaq üçün beynəlxalq tərəfdaşlarımızla intensiv işləyirik. Ukrayna tam dəstəyimizə layiqdir.»

Sülh proseslərinə də toxunan Yetten Rusiyanın mövqeyini tənqid edərək deyib: «Görürük ki, Ukrayna konstruktiv yanaşma nümayiş etdirir, lakin Rusiyanın etdiyi yeganə şey mümkün olmayan tələblər irəli sürmək və təcavüzünü bütün gücü ilə davam etdirməkdir. Buna görə də Ukraynanın müttəfiqləri olaraq biz də qətiyyətli qalmalı, ayıq olmalı və diqqətimizin dağılmasına imkan verməməliyik.»

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp