Zaxarova: Hindistan-Pakistan münaqişəsinin kəskinləşməsindən narahatıq
Moskva, 7 may (Hibya) – Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Hindistan və Pakistan arasında hərbi münaqişənin kəskinləşməsindən dərin narahat olduqlarını bildirib.
Rusiya XİN sözçüsü Zaxarova qeyd edib ki, Hindistan və Pakistan arasındakı gərginliyin artması narahatlıq doğurur və "bölgədə vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün bütün aidiyyəti tərəfləri təmkinli olmağa çağırırıq".
Azərbaycan İnformasiya Agentliyi