Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Zaxarova deyib ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələri 23–24 yanvar tarixlərində Əbu-Dabidə münaqişənin həllinə dair danışıqlarda iştirak edərkən, Kiyev rejimi və ona bağlı silahlı qruplar mülki əhaliyə qarşı daha bir “vəhşi” cinayət törədib.

Onun sözlərinə görə, Xerson vilayətinin Qola Pristan yaxınlığında ağır xəstənin yanına gedən, içərisində tibbi briqada olan Aleşki Mərkəzi Rayon Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobili hücuma məruz qalıb.

“Avtomobil açıq şəkildə tibbi nəqliyyat vasitəsi kimi işarələnməsinə baxmayaraq, Ukraynaya məxsus pilotsuz uçuş aparatı tərəfindən birbaşa hədəfə alınıb. PUA operatoru mülki nəqliyyat vasitəsinə hücum etdiyini bilirdi; buna baxmayaraq, o və komandirləri mülki şəxslərə qarşı terror aktı törətmək barədə şüurlu və qeyri-insani qərar qəbul ediblər. Təcili yardım avtomobilində olan üç tibb işçisi həlak olub.”

Zaxarova əlavə edib: “Həmin gün Kiyev rejiminə bağlı silahlılar bu dəfə Zaporojye vilayətində başqa bir təcili tibbi yardım avtomobilinə və bir neçə mülki nəqliyyat vasitəsinə hücum ediblər. Bu hücumlar nəticəsində dörd nəfər yaralanıb.”

Ukrayna Silahlı Qüvvələrinin mülki əhaliyə qarşı birbaşa hücumlarını qətiyyətlə pislədiklərini bildirən Zaxarova həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verərək deyib: “Rusiyanın istintaq və hüquq-mühafizə orqanları bu son dərəcə ağır cinayətin təşkilatçılarını və icraçılarını ədalət qarşısına çıxarmaq üçün bütün imkanlarını səfərbər edəcək; qaçılmaz və sərt cəza təmin olunacaq.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp