Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Zelenski İran ətrafında artan gərginlik və rejim dəyişikliyi müzakirələri ilə bağlı açıqlama verib.

O, İran rejiminin həm öz xalqına, həm də Ukraynaya qarşı mövqeyini tənqid edərək deyib: “İran ətrafındakı vəziyyətdə hər cür dəyişikliyi yaxından izləyirik. Ukrayna Kəşfiyyat Xidməti, Xarici İşlər Nazirliyi – hamı prosesdədir. Addımlarımızı tərəfdaşlarımızla koordinasiya edirik. İran üçün bu dəyişiklik imkanının düzgün istifadə olunması vacibdir. İran xalqı uzun müddətdir rejimin zorakılığı qarşısında demək olar ki, tək qalıb.”

Zelenski əlavə edib: “Yalnız son aylarda on minlərlə öz vətəndaşını öldürən, regionda müharibələri daim alovlandıran və təşkil edən, Rusiyaya ‘Şahed’ pilotsuz uçuş aparatları və onların istehsal texnologiyasını verən bu rejim, bu vəziyyəti özü yaradıb.”

Zelenski sözlərini belə tamamlayıb: “İnsanları və insan həyatını dəstəkləmək üçün aydın mövqe sərgiləmək vacibdir. Amerikanın qətiyyətinin və dünyanın bütün insanlarının qətiyyətinin təsirli olması vacibdir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp