Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski qeyd edib ki, ötən həftə ərzində ruslar Ukraynaya 1 770 hücum dronu, 1 530-dan çox idarə olunan hava bombası və 20-dən çox ballistik raket də daxil olmaqla 86 raketlə hücum edib.

Zelenski bildirib ki, bu raketlərin hər biri sanksiyaların pozulması yolu ilə Rusiyaya tədarük edilən ən azı 60 xarici komponentdən ibarətdir və əlavə edib:

"Əgər dünya Avropa və Yaxın Şərqdə eyni anda ballistik raketlərə qarşı səmanı bağlamaq üçün kifayət qədər hava hücumundan müdafiə imkanına malik deyilsə, rusları zavodlarında raket istehsal etmək imkanından məhrum etməliyik. Həyatları qorumaq üçün sanksiyalar üzərində işləməyə davam edən hər kəsə minnətdaram."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp