Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, yaxın günlərdə Putin, Tramp və Ərdoğanla görüşməyə hazırdır.

Zelenski qeyd edib ki, əgər dialoqu davam etdirmək və gərginliyi azaltmaq istəyi göstərilərsə, ABŞ zəmanəti ilə atəşkəs davam etdiriləcək:

"Lakin ruslar uzunmüddətli atəşkəs istəmirsə, liderlərin görüşü sabahdan etibarən istənilən gün keçirilə bilər. Bu halda 2–3 günlük atəşkəs təmin olunacaq. Əgər Prezident Tramp bu ideyanı dəstəkləsə, minnətdar olarıq. Əminəm ki, Prezident Ərdoğan da dəstək verəcək. Görüşümüz zamanı o mənə bildirmişdi ki, dörd liderin – Prezident Ərdoğan, Prezident Tramp, mən və Putin – bir araya gəlməsini istəyir. Belə bir görüşə hər gün hazırıq."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp