Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkəyə qarşı hava hücumları ilə bağlı açıqlama verib. Zelenski Rusiyanın hücumlarda 2 min 300-dən çox hücum PUA-sından, 1 min 590 idarəolunan aviasiya bombasından və müxtəlif növlərdə 15 raketdən istifadə etdiyini qeyd edib.

Hücumların bir hissəsinin hava hücumundan müdafiə sistemləri tərəfindən qarşısının alınmasının çətin olduğunu bildirən Zelenski gecə ərzində Zaporojye və Sumı vilayətlərinin, eləcə də Dnipro, Xarkov və Zaporojyedəki dəmir yolu infrastrukturunun hədəfə alındığını deyib. O, Donetsk və Kiyev vilayətlərinə hücumlar zamanı 16 nəfərin yaralandığını bildirib.

Zelenski Rusiyanın pilotsuz uçuş aparatlarına nəzarəti təmin etmək məqsədilə bəzi bölgələrdə rabitə infrastrukturunu hədəfə aldığını qeyd edib. O bildirib ki, Rusiyanın reaktiv mühərrikli PUA-larının sürətinin saatda 161 kilometrə çatması səbəbindən bu aparatların operatorları Rusiya hücumlarını izləməkdə çətinlik çəkirlər.

Ukraynanın bu məhdudiyyətləri aradan qaldırmaq üçün çalışdığını bildirən Zelenski hava hücumundan müdafiə imkanlarının qorunmasının ABŞ-dən birbaşa həyata keçiriləcək hava hücumundan müdafiə sistemlərinin tədarükündən asılı olduğunu vurğulayıb. Zelenski Ukrayna Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin və Prezident Ofisinin bu məsələ ilə bağlı ABŞ və SpaceX ilə koordinasiyalı şəkildə çalışmasının vacibliyinə diqqət çəkib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp