Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya bu həftə Ukraynaya qarşı intensiv hava hücumları həyata keçirib.

Zelenski paylaşımında qeyd edib ki, Rusiya qüvvələri Ukraynaya qarşı 3.170-dən çox hücum dronu, 1.300-dən çox idarə olunan hava bombası və müxtəlif növlü 74 raket buraxıb.

Hücumların böyük hissəsinin ballistik raketlərdən ibarət olduğunu bildirən Zelenski, çox sayda yaşayış binasının və mülki infrastrukturun hədəfə alındığını vurğulayıb.

Hücumlar nəticəsində 52 nəfərin həyatını itirdiyini, 346 nəfərin isə yaralandığını bildirən Zelenski, yaralananlar arasında 22 uşağın olduğunu açıqlayıb.

Ukrayna xalqının daha çox qorunmaya ehtiyacı olduğunu vurğulayan Prezident Zelenski hava hücumundan müdafiə sistemlərinə verilən dəstəyin həyat xilas etdiyini bildirərək, “PURL təşəbbüsü və ballistik raketlərə qarşı əlavə töhfələr kritik əhəmiyyət daşıyır” ifadələrini işlədib.

Zelenski həmçinin Avropada ortaq ballistik raketdən müdafiə sisteminin yaradılmasının vacibliyinə diqqət çəkərək, “Müdafiədə özümüzə yetərli olmalıyıq ki, Rusiya hava terroru nə Ukraynanı, nə də qitədəki başqa bir ölkəni təhdid edə bilməsin” deyib.

Dəstək verən ölkələrə təşəkkür edən Zelenski konkret addımların davam etdirilməsinə çağırış edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp