Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsində son hadisələrlə bağlı açıqlamasında Şimali Koreya qoşunlarının Rusiya tərəfində mövcudluğuna və bunun təhlükəli nəticələrinə diqqət çəkib.

Zelenski qeyd edib ki, Şimali Koreya əsgərləri müasir müharibə texnologiyaları üzrə təlim alırlar: “Hazırda Rusiya ərazisində 10 min Şimali Koreya əsgəri var. Müasir hibrid müharibə barədə məlumat əldə etmələri son dərəcə təhlükəlidir. Onlar raketlərə və müxtəlif növ pilotsuz uçuş aparatlarına, o cümlədən fiber-optik dronlara qarşı necə müdafiə olunmağı bilirlər.”

Zelenski vurğulayıb ki, həmin əsgərlər bu təcrübəni Ukraynanın əks-hücumları zamanı birbaşa döyüş meydanında qazanırlar: “Biz Rusiyanın hücumlarına cavab verdiyimiz üçün onlar hazırda Rusiya ərazisində öyrənirlər. Yəni bu fürsəti əldə ediblər. Bu biliklə nə edəcəklər? Ən azı bu məlumatı və təcrübəni Şimali Koreyaya geri aparacaqlar.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp