Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski verdiyi açıqlamada Rusiyanın Dniproda şəhərətrafı qatara təşkil etdiyi hücum nəticəsində həlak olanların sayının 14-ə yüksəldiyini bildirib. O, Çernihivdə yaşayış məntəqəsinə pilotsuz uçuş aparatı ilə edilən hücumda 15 yaşlı iki qızın, Kremençukda isə yaşayış binasına təşkil olunan hücumda 3 nəfərin həyatını itirdiyini qeyd edib.

Sözügedən üç hücum nəticəsində 10-u uşaq olmaqla 56 nəfərin yaralandığını bildirən Zelenski həlak olanların yaxınlarına başsağlığı verib. Hücumların mülki şəxsləri hədəf aldığını vurğulayan Zelenski Rusiyanın bu hücumları Oleşkidə humanitar yardım əməliyyatı davam etdiyi vaxt həyata keçirdiyini qeyd edib.

Rusiyanın müharibəni davam etdirmək istədiyini bildirən Zelenski gərginliyin əhəmiyyətli dərəcədə azaldılması üçün beynəlxalq ictimaiyyətin qətiyyətli addımlar atmalı və təcavüzkara təzyiqi artırmalı olduğunu vurğulayıb. Zelenski sülhün əldə olunması üçün Rusiyanın müharibəyə son qoymasının vacibliyini ifadə edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp