Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında verdiyi açıqlamada ABŞ Dövlət katibi Marko Rubio ilə səmərəli söhbət apardığını qeyd edib.

Zelenski bildirib ki, söhbət zamanı Ukraynanın insan həyatını qorumaq üçün ehtiyac duyduğu ballistik raketlərin qarşısını alan sistemlər, Rusiyanın ballistik raket hücumları barədə erkən xəbərdarlıq mexanizmləri və Starlink/Starshield xidmətləri ilə bağlı məsələlərin yenidən həlli müzakirə olunub.

Söhbətin müharibənin başa çatdırılmasına yönəlmiş diplomatik səylərin davam etdiyi bir vaxtda keçirildiyini vurğulayan Zelenski tərəflərin hadisələri qiymətləndirmək üçün yaxın zamanda yenidən əlaqə saxlamaq barədə razılığa gəldiyini bildirib. Zelenski Ukraynaya dəstək verən amerikalılara da təşəkkür edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp