Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pauell açıqlamasında bildirib ki, istintaq Fed-in faiz dərəcələrini prezidentin tələb etdiyi qədər sürətli və böyük həcmdə azaltmaqdan imtina etməsi səbəbilə ABŞ Prezidenti Donald Trampın uzun müddətdir davam edən narazılığının nəticəsidir.

Fed-in X hesabında paylaşılan video açıqlamada Pauell deyib: “Cinayət ittihamları ilə hədələnmə Federal Ehtiyat Sisteminin faiz dərəcələrini prezidentin üstünlüklərini izləmək əvəzinə, ictimai maraqlara uyğun olaraq ən yaxşı qiymətləndirməmizə əsasən müəyyən etməsinin nəticəsidir”, – və əlavə edib:

“Bu məsələ Fed-in faiz dərəcələrini sübutlara və iqtisadi şəraitə əsaslanaraq müəyyən etməyə davam edib-etməyəcəyi, yoxsa pul siyasətinin siyasi təzyiq və ya hədə-qorxu ilə yönləndirilib-yönləndirilməyəcəyi ilə bağlıdır.”

Pauellin açıqlamasından sonra səhm fyuçersləri ucuzlaşıb.

Pauell bildirib ki, Ədliyyə Nazirliyi cümə günü Fed-ə “ötən ilin iyununda Senatın Bankçılıq Komitəsində verdiyim ifadə ilə bağlı cinayət təqibi təhdidi ehtiva edən böyük jüri çağırışı” göndərib.

“Həmin ifadə qismən Federal Ehtiyat Sisteminin tarixi ofis binalarının yenilənməsi üçün həyata keçirilən çoxillik layihə ilə bağlı idi”, – deyə o bildirib.

Pauell vurğulayıb ki, ittiham təhdidi “ötən ilin iyununda verdiyim ifadə ilə də, Federal Ehtiyat Sisteminin binalarının yenilənməsi ilə də bağlı deyil”.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp