Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Marko Rubio Venesuela müxalifətinin lideri Mariya Korina Maçadonun ölkəsinə təhlükəsiz qayıtmasına imkan verən şəraitin ABŞ-nin dəstəklədiyi barışıq danışıqları nəticəsində yarandığını açıqlayıb.

Sosial media hesabında açıqlama verən Rubio bildirib ki, aparılan dialoq prosesi çərçivəsində yüzlərlə siyasi məhbus azadlığa buraxılıb və yüzlərlə müxalifətçi siyasətçi sürgündən ölkəyə qayıdıb.

“Bütün tərəflərin azadlıqlarına hörmət edilməlidir”

ABŞ-nin Venesuelanın siyasi həyatında iştirak edən bütün tərəflərin azadlıqlarına hörmət göstərilməsini gözlədiyini vurğulayan Rubio ölkədəki bütün siyasi qüvvələri danışıqlar prosesini dəstəkləməyə çağırıb.

Rubio qeyd edib ki, davam edən barışıq danışıqları Venesuelanın son otuz ildə yalnız azad və ədalətli seçkilərə deyil, həm də davamlı demokratiyaya sülh yolu ilə nail olması üçün əldə etdiyi ən mühüm fürsətdir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp