Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Milli təhlükəsizlik sözçüsü Con Kirbi, ABŞ-ın hava hücumundan xəbərsiz olduğunu və Prezident Co Baydenin bu barədə yalnız İsrail təyyarələri havaya qalxdıqdan sonra məlumat aldığını bildirib.

CNN-ə danışan Kirbi, həmçinin hücumda mülki şəxslərin öldüyünə dair “heç bir şübhə” olmadığını bildirib və “Biz mülki itkilərin olduğunu tamamilə ehtimal edirik. Hazırda bunu dəqiq ölçə biləcəyimizi düşün mürəm, lakin israilli tərəfdaşlarımızla əlaqədəyik” deyə qeyd edib.

İran, ABŞ-ın İsrailin bu əməlində “cinayət ortağı” olduğunu bildirib və cümə günü Beyrutda Nasrallahın ölümünə səbəb olan və Orta Şərqdəki münaqişənin nəzarətdən çıxa biləcəyi qorxularını artıran böyük hava hücumuna cavab verəcəyini vəd edib.

Bazar günü Dover hava bazasında təyyarədən enən Co Bayden bildirib ki, Orta Şərqdə hərtərəfli müharibədən “həqiqətən qaçmalıyıq” və İsrailin baş naziri Benyamin Netanyahu ilə danışacağını bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

Anasayfa Reklam Alanı 1 728x90
facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp