Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Cənub Komandanlığı X platformasında yaydığı açıqlamada bildirib: «29 dekabr tarixində, müdafiə naziri Pit Heqsethin göstərişi ilə, Birgə Tapşırıq Qüvvəsi “Southern Spear” beynəlxalq sularda təyin olunmuş terror təşkilatları tərəfindən idarə olunan bir gəmiyə qarşı ölümcül kinetik zərbə endirib».

Cənub Komandanlığı hücum nəticəsində iki nəfərin öldüyünü və ABŞ hərbi personalından heç kimin xəsarət almadığını bildirib.

Tramp administrasiyasının narkotik qaçaqmalçılığını azaltmağı hədəflədiyini bildirdiyi “Southern Spear” əməliyyatı çərçivəsində şübhəli narkotik qayığına edilən hücumlarda azı 107 nəfər həyatını itirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp