Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Donald Trampın xüsusi elçisi Stiv Uitkoff Avropa müttəfiqləri ilə üç gün davam edən danışıqlardan sonra Ukraynanın baş danışıqlarçısı Rustem Umerovla birgə bəyanat yayımlayıb.

Tərəflər görüşün 20 maddəlik plan, “çoxşaxəli təhlükəsizlik zəmanətləri çərçivəsi”, “Ukrayna üçün ABŞ təhlükəsizlik zəmanətləri çərçivəsi” və “iqtisadi və rifah planı” üzrə mövqelərin uzlaşdırılmasına yönəldiyini bildiriblər.

Birgə bəyanatda Uitkoff və Umerov qeyd ediblər: “Ortaq prioritetimiz qətlləri dayandırmaq, təhlükəsizliyi təmin etmək və Ukraynanın bərpası, sabitliyi və uzunmüddətli rifahı üçün şərait yaratmaqdır.”

Bununla yanaşı, Mayamidə ABŞ nümayəndələri ilə Rusiya elçisi Kirill Dmitriyev arasında ayrıca danışıqlar aparılır.

Uitkoff bildirib ki, Rusiya nümayəndələri onunla və digər ABŞ rəsmiləri, o cümlədən Trampın kürəkəni Cared Kuşnerlə Floridanın cənubunda görüşüblər.

O, Rusiya elçisi Dmitriyevlə aparılan danışıqların da “səmərəli və konstruktiv” olduğunu və “Rusiyanın Ukraynada sülhün təmin olunmasına tam sadiq qaldığını” vurğulayıb.

Tramp müharibəni bitirmək üçün Ukrayna və Rusiyanı razılaşmaya məcbur edir, lakin indiyədək tərəflər Moskvanın artıq ələ keçirdiyi əraziləri əlində saxlamaq tələbi də daxil olmaqla əsas məsələlər üzrə razılığa gələ bilməyiblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp