Nigeriyada qaçırılan daha 130 şagird azad edilib
Stokholm, 22 dekabr (Hibya) – Nigeriya rəsmiləri ölkənin mərkəzində yerləşən Niger ştatındakı katolik internat məktəbindən qaçırılan daha 130 şagirdin azad edildiyini açıqlayıb.
Nigeriya federal hökuməti ölkədə baş vermiş ən ağır kütləvi qaçırma hadisələrindən birindən sonra həyata keçirilən bu son azadetməni «qələbə və rahatlama anı» kimi qiymətləndirib.
21 noyabrda Papiri qəsəbəsində yerləşən Müqəddəs Mariya katolik məktəbindən 250-dən çox uşaq və məktəb işçisi qaçırılmışdı. Bu ayın əvvəlində uşaqlardan təxminən 100-ü azad edilmişdi.
Rəsmilər açıqlamada «qalan 130 uşaq və işçinin xilas edildiyini» təsdiqləyərək, «artıq əsirlikdə bir nəfər belə şagirdin qalmadığını» bildiriblər.
Azərbaycan İnformasiya Agentliyi