Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq naziri Xose Manuel Albares Fələstin Baş naziri Məhəmməd Mustafa ilə görüşdüyünü bildirib.

Albares Qəzzada davamlı sülhün əldə olunması və İordan çayının qərb sahilində zorakılığın dayandırılması məsələlərində tam dəstəyini çatdırdığını qeyd edərək, İspaniyanın Fələstin Administrasiyasının maliyyə dayanıqlığını və islahat planını dəstəkləmək üçün əməkdaşlığı davam etdirəcəyini vurğulayıb.

“İsrail tərəfindən saxlanılan vergi vəsaitləri geri qaytarılmalıdır”, – deyən Albares məskunlaşmaların genişləndirilməsinin dayandırılmasının vacibliyini qeyd edib. O əlavə edib: “Qəzzada humanitar vəziyyət fəlakət səviyyəsindədir. Vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinin əngəllənməsi qəbuledilməzdir və vəziyyəti daha da pisləşdirir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp