Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukraynanın xarici işlər naziri Andrii Sybiha Kiprin xarici işlər naziri Konstantinos Kombos ilə görüşdüyünü bildirib.

Sybiha qeyd edib ki, müzakirələr Ukraynanın Aİ-yə üzvlüyünün irəlilədilməsi, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi və Ukraynanın enerji dayanıqlığının artırılmasına yönəlib. O, həmçinin Kiprin Aİ Dövr Sədrliyi müddətində birgə sülh səyləri və onların koordinasiyası barədə fikir mübadiləsi apardıqlarını vurğulayıb.

Sybiha əlavə edib: “Həmkarıma, Kiprin Aİ Dövr Sədrliyinin prioritetləri arasında Ukraynaya dəstək və müharibəyə son qoyulması səylərinin yer alacağını təsdiqlədiyi üçün minnətdaram.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp