Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Kanadanın xarici işlər naziri Anita Anand Kanada ilə Hindistan arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində aparılan işlərdə irəliləyiş əldə olunduğunu qeyd edib. Anand bir il əvvəl Yeni Dehlidə Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar ilə iki ölkə arasındakı münasibətlər üçün birgə yol xəritəsi hazırlamaq məqsədilə görüşdüyünü xatırladıb.

Yenidən Yeni Dehliyə gəldiyini bildirən Anand ticarət danışıqlarında, həmçinin enerji, innovasiya və təhlükəsizlik sahələrində əməkdaşlığın gücləndirilməsində əldə olunan irəliləyişdən məmnunluğunu ifadə edib.

Beynəlxalq nizamda mühüm dəyişikliklərin baş verdiyinə diqqət çəkən Anand deyib: “Bu münasibətlərin əhəmiyyəti iki ölkəmizin birlikdə nələrə nail ola biləcəyinə əsaslanır. Kanada ilə Hindistan arasında əlaqələrin gücləndirilməsi bizə daha firavan gələcək qurmaq və azad, açıq və firavan Hind-Sakit okean regionuna töhfə vermək imkanı yaradır.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp