Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Kanadanın xarici işlər naziri Anita Anand açıqlamasında sürətlə dəyişən dünyada etimada əsaslanan tərəfdaşlıqların əhəmiyyətini vurğulayıb. O bildirib ki, Kanada, Böyük Britaniya və Avstraliya müdafiə, kəşfiyyat və diplomatiya sahələrində əməkdaşlıq sayəsində nəsillər boyu etimada əsaslanan münasibətlər qurublar.

Anand G20 Zirvəsi çərçivəsində Atlantada Avstraliyanın xarici işlər naziri Penni Vonq və Böyük Britaniyanın enerji təhlükəsizliyi və xalis sıfır emissiya üzrə naziri Ed Miliband ilə görüşdüyünü bildirib. O qeyd edib ki, görüşdə üç ölkə arasındakı tərəfdaşlıqdan Yaxın Şərqdə sülh və təhlükəsizliyin dəstəklənməsi, beynəlxalq qaydalara riayət olunması və süni intellektin məsuliyyətli şəkildə inkişaf etdirilməsi üçün necə istifadə oluna biləcəyi müzakirə edilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp