Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ dövlət katibi Marko Rubio açıqlamasında Atlantada Quad çərçivəsində həmkarları ilə görüşməkdən məmnunluq duyduğunu bildirib. O qeyd edib ki, görüşdə ortaq prioritetlərin Hind-Sakit okean regionunda konkret faydalara çevrilməsi istiqamətində əldə olunan irəliləyişlər müzakirə edilib.

Rubio ABŞ, Avstraliya, Hindistan və Yaponiyanın etibarlı və açıq təchizat zəncirlərinin yaradılması, yeni nəsil texnologiyaların dəstəklənməsi, dənizçilik sahəsində əməkdaşlığın gücləndirilməsi və kritik mineralların təhlükəsizliyinin təmin edilməsi istiqamətində fəaliyyətlərini davam etdirdiyini bildirib. O vurğulayıb ki, bu təşəbbüslər region xalqlarına və ölkələrinə fayda verir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp