Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ATƏT-in Nazirlər Şurası Qətərə Əməkdaşlıq üzrə Tərəfdaş statusu verib. Qərar təşkilatın 57 iştirakçı dövlətinin razılığı ilə sükut proseduru çərçivəsində qəbul olunub.

ATƏT-in fəaliyyətdə olan sədri və İsveçrənin xarici işlər naziri İqnatsio Kassis, həmçinin ATƏT-in Baş katibi Feridun Sinirlioğlu Qətərin tərəfdaşlığa qoşulmasını məmnunluqla qarşılayıblar. Kassis yeni tərəfdaşlığın təşkilatın əməkdaşlıq imkanlarını gücləndirəcəyini bildirərkən, Sinirlioğlu Qətərin vasitəçilik təcrübəsinin dialoq proseslərinə töhfə verəcəyini vurğulayıb.

Qətərin Vyanadakı səfiri və beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Casim Yaqub Al Hammadi ölkəsinə göstərilən etimada görə ATƏT-in sədrliyinə və iştirakçı dövlətlərə təşəkkür edib. Al Hammadi Qətərin səmərəli tərəfdaşlığın inkişafı üçün səy göstərəcəyini bildirib.

Al Hammadi Qətərin mübahisələrin sülh yolu ilə həlli və sülh quruculuğu sahəsindəki təcrübəsini ATƏT-in iştirakçı dövlətləri və Asiya tərəfdaşları ilə bölüşəcəyini qeyd edib.

Bu qərarla Qətər ATƏT-in Asiya Əməkdaşlıq Tərəfdaşları Qrupunda Avstraliya, Yaponiya, Cənubi Koreya, Tailand və Əfqanıstana qoşulub.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp