Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi sosial media hesabında yayımladığı açıqlamada İran ilə ABŞ arasındakı toqquşmaların təsvir edilmə formasını tənqid edib.

Bəqayi “İran münaqişəsi” ifadəsinin həqiqəti əks etdirmədiyini bildirərək baş verənləri ABŞ-nin İrana qarşı apardığı qanunsuz təcavüz müharibəsi kimi qiymətləndirib.

İsmayıl Bəqayi deyib: “Əgər təcavüzkarı müəyyənləşdirmək və təcavüzü öz adı ilə adlandırmaq cəsarətimiz yoxdursa, ədalətsizliklə üzləşmək, həyata keçirilə bilən həll yolları təklif etmək və ya sülhə mənalı töhfə vermək üçün lazım olan mənəvi cəsarətə sahib olduğumuzu necə iddia edə bilərik?”

Bəqayi sülhün təcavüzkarları razı salmaqla, təcavüzə qanunilik qazandırmaqla, qurbanı qınamaqla və ya fundamental prinsiplərdən imtina etməklə əldə edilə bilməyəcəyini vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp