Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa İttifaqının Avropa Şurası Pablo Ernandes de Kosun namizədliyini Avropa Mərkəzi Bankının (AMB) prezidenti vəzifəsinə irəli sürüb. Namizədliyi təsdiqlənəcəyi təqdirdə, Ernandes de Kosun səlahiyyət müddəti 7 fevral 2027-ci ildə başa çatacaq hazırkı prezident Kristin Laqardı əvəz edəcəyi gözlənilir.

Avropa Şurasının yaydığı açıqlamada AMB prezidentinin səlahiyyət müddətinin yenilənmə imkanı olmadan 8 il üçün nəzərdə tutulduğu bildirilib.

Şura həmçinin Lorans Bun və Markus Brunnermayerin namizədliyini AMB-nin İcraiyyə Şurasının üzvlüyünə irəli sürüb. Onların İcraiyyə Şurasının hazırkı üzvləri İzabel Şnabel və Filip Leyni əvəz etmələri təklif olunub.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp