Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistan Xarici İşlər Nazirliyi sosial media hesabında etdiyi paylaşımda Baş nazirin müavini və xarici işlər naziri, senator Məhəmməd İshaq Darın İslamabadda keçirilən II Beynəlxalq Qurani-Kərim Qiraəti Müsabiqəsinin bağlanış mərasimində iştirak etdiyini bildirib.

Dar çıxışında Qurani-Kərimin sülh, ədalət, mərhəmət və birlik məsələlərində yol göstərdiyini ifadə edib. O, Quran təlimlərinin dərk edilməsinin və fərdi, eləcə də ictimai həyatda tətbiq olunmasının vacibliyini vurğulayıb.

Pakistanın müsəlman dünyasında birlik, həmrəylik və əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyən Dar fikir ayrılıqlarının dialoq, müdriklik və qarşılıqlı hörmət yolu ilə həll edilməli olduğunu bildirib.

Dar Quran təlimlərinin təbliği və müsəlman ölkələri arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən işlərə görə Dini İşlər və Dinlərarası Harmoniya Nazirliyini, eləcə də tədbirin təşkilatçılarını təbrik edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp